İraq Xarici işlər nazirliyindən ABŞ-a ultimatum kimi bir xəbərdarlıq edilib
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Bağdadda yaşanan hadisələrdən sonra İraq Xarici işlər nazirliyindən ABŞ-a ultimatum kimi bir xəbərdarlıq edilib.
İraq XİN-dən verilən açıqlamada “ABŞ, Bağdaddakı səfiri Matthew Toller, İraqın müraciətlərinə cavab vermirsə, bütün variantlar masadadır.” - deyə qeyd edilib.
İraq XİN sözcüsü Əhməd əl Sahaf “Al Ahd” telakanalı vasitəsilə bildirib ki, ABŞ-ın Bağdaddakı səfiri Matthew Toller, İraqdakı onlarla şəhid və yaralanmaya yol açan ABŞ hücumu haqqında məlumat verməsi üçün nazirliyə çağırılıb.
Əhməd əl Sahaf, nazirliyin beynəlxalq koalisiyadakı bütün Avropalı müttəfiqlərlə və beynəlxalq dostlarla İraqın suverenliyini müdafiə üçün dioloq quracaqlarını önə çəkib.
İraq XİN sözcüsü ABŞ səfirinin İraqın müraciətlərinə cavab verməyəcəyi təqdirdə, bütün variantların açıq olacağını əlavə edib.