İraq XİN ABŞ-ın Haşdi Şabi sədrinə tətbiq etdiyi sanksiyaya görə etiraz etdi

İraq XİN ABŞ-ın Haşdi Şabi sədrinə tətbiq etdiyi sanksiyaya görə etiraz etdi

İraqın Xarici İşlər Nazirliyi ABŞ-ın Həşdüş-Şəbi Təşkilatının sədrinə qarşı sanksiya tətbiq etmə hərəkətini qəbuledilməz adlandırıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  İraqın Xarici İşlər Nazirliyi ABŞ-ın Maliyyə Nazirliyinin İraqın Həşdüş-Şəbi Təşkilatının sədri Falih Əl-Fəyyaza qarşı verdiyi qərara reaksiya verib.

Nazirlik "Bu qərar "gözlənilməz və qəbuledilməz" bir hərəkət idi. ABŞ-ın Maliyyə Nazirliyinin iraqlı şəxsiyyətlərə qarşı çıxardığı bütün qərarlar ABŞ-ın hazırkı və gələcək hökuməti ilə təmaslarda diqqət mərkəzində saxlanılır və onun nəticələri nəzərdən keçirilir", -deyə bildirib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi cümə günü Falih Əl-Fəyazın adını sanksiyalar siyahısına daxil etdiyini bildirib.

İraqın Həşdüş-Şəbi Təşkilatının sədri Falih Əl-Fəyyaz indiyədək dəfələrlə İraq parlamentinin qərarına uyğun olaraq, ABŞ qüvvələri başda olmaqla xarici qüvvələrin İraqdan çıxarılmasına çağırıb.

Xəbəri paylaş

VİDEOLAR