İraq xalqı İranın dəstəklərini heç vaxt unutmayacaq - Kazimi

İraq xalqı İranın dəstəklərini heç vaxt unutmayacaq - Kazimi

Ayətullah Xamenei İraqın baş naziri Mustafa əl-Kazimini qəbul edib

Rasthaber Azərbaycan xəbər verir ki, İraqın baş naziri Mustafa əl-Kazimi İslam İnqilabının Rəhbəri ilə görüşün böyük bir xoşbəxtlik olduğunu deyərək ayrı-ayrı mərhələlərdə, xüsusilə İŞİD və təkfirçi qruplaşmalarla döyüşdə İrana sərgilədiyi mövqelərə və verdiyi dəstəklərə görə təşəkkürünü bildirib.

Daha sonra o deyib: “İraq xalqı İranın dəstəklərini heç vaxt unutmayacaq. Həqiqət budur ki, təkfirçilərlə döyüşdə iraqlılarla iranlıların qanı bir-birinə qarışdı. İran və İraq arasındakı əlaqələr Əhli-beytə qarşı (ə) sevgi sayəsində dərin və uzun tarixi, mədəni və dini köklərə əsaslanır. Zat alilərinin nəsihətləri problemlərin həllinin açarına bənzəyir və mən bu göstərişlərinizə görə sizə təşəkkür və minnətdarlığımı edirəm.”

Xəbəri paylaş

VİDEOLAR