İraq vətəndaşlarına İrana səfər qadağası

İraq vətəndaşlarına İrana səfər qadağası

İran İslam Respublikasının İraqdakı Səfiliyi İraq vətəndaşlarının 2020-ci il mart ayının 6-dək İrana səfərlərinin qadağan edildiyini bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın İraqdakı səfirliyi bir bəyanat yayaraq, sağlamlığın vacibliyi və iki ölkənin səhiyyə sahəsində təhlükəsizliyini qorumaq məqsədilə İraq vətəndaşlarının İran İslam Respublikasına səfərlərinin 2020-ci il mart ayının 6-dək qadağan olunduğunu açıqlayıb.

İraqın səhiyyə rəsmiləri fevralın 25-də Nəcəfi-Əşrəf şəhərində bir nəfərdə koronavirusun aşkarlandığını xəbər veriblər.

İraq hökuməti fevralın 20-də koronavirusun yayılması ilə əlaqədar İran İslam Respublikası ilə sərhəd-keçid yollarını bağlayıb.

Xəbəri paylaş

VİDEOLAR