İraq və Yaponiya arasında İranın nüvə sazişi müzakirə olunub

İraq və Yaponiya arasında İranın nüvə sazişi müzakirə olunub

Dünən Bağdadda İraq və Yaponiya arasında siyasi məsləhətləşmələr toplantısında İranın 2015-ci il tarixli nüvə sazişi müzakirə edilib.

Az.rasthaber.com xəbər verir ki, İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhrululum və Yaponiyanın xarici işlər nazirinin müavini Kansuke Naqaokanın iştirakı ilə keçirilən məsləhətləşmələrdə ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunub.

İki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İraq mediasının məlumatına görə, bu il səkkizinci dəfə keçirilən siyasi məsləhətləşmə toplantısında İranın nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planı (KOEP) və İraqın baş naziri Məhəmməd Şia əs-Sudaninin Tokio səfəri müzakirə edilib.

Xəbəri paylaş

VİDEOLAR