İraq və Suriyada ABŞ-ın 4 bazasına hücum edildi

İraq və Suriyada ABŞ-ın 4 bazasına hücum edildi

İraqın İslami Müqavimətinə aid qruplar Suriya və İraqdakı 4 Amerika hərbi bazasına hücum edib.


Ümumilikdə ABŞ bazalarına altı zərbə endirilib. Müqavimət qüvvələri İraqın qərbində yerləşən Eynül-Əsəd bazasına, İraqın şimalındakı Ərbil hava limanı yaxınlığındakı bazaya, Suriyanın şimalındakı Tell Baydar bazasına və Suriyanın cənubundakı əl-Tanf bazasına hücum ediblər.

Bundan əvvəl ABŞ-ın İraqın qərbindəki “Eynül-Əsəd” və Suriya, İordaniya və İraq sərhədindəki “Ət-Tanf” bazalarının pilotsuz təyyarələrin hücumlarına məruz qaldığı bildirilirdi. Birinci bazaya iki, ikincisinə isə bir pilotsuz təyyarə hücum edib.

Xəbəri paylaş

VİDEOLAR