İraq və Rusiya XİN rəsmiləri telefonla danışdı

İraq və Rusiya XİN rəsmiləri telefonla danışdı

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytının verdiyi açıqlamada deyilib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov İraqın baş nazirinin müavini və Xarici İşlər naziri Fuad Hüseynlə baş tutan telefon əlaqəsində İraqın Baş naziri Mustafa əl-Kazimiyə qarşı sui-qəsdi müzakirə edib.

Bildirilib ki, söhbət zamanı Rusiya tərəfi terrorizmlə mübarizədə İraq rəhbərliyi və xalqı ilə həmrəy olduğunu təsdiqləyib, həmçinin ölkədə vəziyyətin sabitliyini pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı mübarizədə İraq cəmiyyətinin mitinqlərinin əhəmiyyəti qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR