İraq və ABŞ koalisiya qüvvələrinin çıxarılmasını müzakirə edəcək

İraq və ABŞ koalisiya qüvvələrinin çıxarılmasını müzakirə edəcək

İki gün sonra koalisiya qüvvələrinin İraqdan çıxarılması ilə bağlı İraq və ABŞ arasında ikinci görüşün keçiriləcəyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, İraq Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada deyilir: "Baş nazirin göstərişlərinə uyğun olaraq, danışıqlar masasına qayıtmaq üçün Amerika tərəfi ilə əlaqə saxlanıldı. Tərəflər danışıqların davam etdirilməsinə dair razılığa gəldilər".

Danışıqlarla bağlı ikinci görüşün bazar günü, fevralın 11-də keçiriləcəyi bildirilib və ilk görüşün yanvarın 27-də keçirildiyi xatırladılıb.

Yanvarın 25-də İraq ABŞ administrasiyası ilə İŞİD terror təşkilatına qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi missiyasının dayandırılması və koalisiya müşavirlərinin tədricən ixtisarına dair vaxt cədvəlinin yaradılması ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR