İraq üçün İsrail ilə əlaqələrin qurulması qadağandır...

İraq üçün İsrail ilə əlaqələrin qurulması qadağandır...

İraqın Baş Nazirinin nümayəndəsi keçirilən mətbuat konfransında açıqlama verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə,  İraqın Baş Nazirinin nümayəndəsi Əhməd Molla Talal  keçirilən mətbuat konfransında bildirib ki,  İsrail ilə münasibətlərinin İraq konstitusiyası prinsiplərinə əsasən qadağan edilib.

  "Bəzi ölkələrin İsrail ilə münasibətləri daxili bir məsələdir. Baş Nazir Mustafa Kazimi Əmmanda İraq, İordaniya və Misirdə keçirilən üçtərəfli görüşdə paytaxtı Qüdsdə olan müstəqil bir dövlət qurmağın lazım olduğunu və Fələstin məsələsinin əhəmiyyətini vurğulayıb.", -deyə İraq rəsmisi bildirib.

   İraq Baş Nazirinin rəsmi nümayəndəsi Ayətullah Sistaninin sağlamlıq protokollarına uyğun olaraq Məhərrəm matəminə dair mövqeyini də yüksək qiymətləndirib.   Əhməd Molla Talal Hüseyni matəm mərasimində iştirak edənləri İraq Səhiyyə Nazirliyinin koronavirusla əlaqəli göstərişlərinə əməl etməyə və xəstəliyin yayılmasının qarşısını almağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR