İraq Türkmən Cəbhəsinin lideri və Kərkük millət vəkili Erşad Salihi açıqlama verib
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq Türkmən Cəbhəsinin lideri və Kərkük millət vəkili Erşad Salihi Ermənistana qarşı Azərbaycan üçün səfərbərlik çağırışı edib.
Salihi sosial şəbəkə hesabından yaydığı mesajda “İllərdir erməni işğalı altında olan Azərbaycan torpaqları, Azərbaycan Ordusu sayəsində işğaldan azad olmaqdadır. Bir olub, Azərbaycan üçün səfərbər olmalıyıq.”, – deyə qeyd edib.
Deputat sonra yazıb: “Ermənistan adındakı bu terror dövlətinə hamımızın dur deməyi lazımdır. Var olsun qəhrəman Azərbaycan Ordusu!”