Bu sözləri İraq XİN rəsmisi Əhməd əs-Səhhaf deyib.
Rasthaber Azərbaycan shafaqna-ya istinadən xəbər verir ki, rəsmi Bağdad Türkiyənin İraq ərazisindəki hərbi əməliyyatlarının dayandırılmasına nail olmaq üçün BMT Təhlükəsizlik Şurasına (TŞ), Ərəb Dövlətləri Liqasına (ƏDL), İslam Əməkdaşlığı Təşkilatına (İƏT) və digər qurumlara müraciət edə bilər.
Bu sözləri İraq XİN rəsmisi Əhməd əs-Səhhaf deyib.
O əlavə edib ki, İraqın Ankaraya qarşı iqtisadi təsir vasitələri də var.
“İraqda Türkiyənin onlarla iqtisadi və investisiya şirkətləri var, iki ölkə arasında illik mal dövriyyəsi 16 milyard dollardan artıqdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, İraq hazırda vəziyyəti dialoq yolu ilə həll etməyi üstün tutur.
“Bütün bunlar (təzyiq vasitələri) İraq hökumətinin əlindəki “kozırlardır”, lakin biz bu məsələnin həll edilməsinin ümumi mümkün ortaq yolu kimi hələ də siyasi dialoqu və mehriban qonşuluğu gözdən keçiririk. Bu (Türkiyənin əməliyyatları), regionun təhlükəsizliyinə mənfi təsir edir”, – deyə o bildirib.
Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi iyun ayında elan etdi ki, İraqın şimal ərazilərində PKK terror təşkilatına qarşı 2 iri əməliyyata başlayır. Bundan sonra İraq iki dəfə Türkiyəyə etiraz notası göndərib. İraq Türkiyəni birtərəfli hərbi əməliyyatları dayandırmağa çağırıb və qeyd edib ki, hər iki tərəfin maraqlarının təmin edilməsi şərti ilə, İraq sərhəddə təhlükəsizliyin təmin edilməsində əməkdaşlığa hazırdır.