İraqın baş naziri Məhəmməd Şia Sudani yaxın vaxtlarda Bağdadın ev sahibliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında görüşün keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia Sudani France 24 kanalına müsahibəsində İran-İraq münasibətlərini dəyərləndirib.
Sudani bildirib ki, Bağdad və Tehran arasında yaxşı münasibətlər var.
İraqın İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi rolunu dəyərləndirən İraqın baş naziri Sudani İran və Səudiyyə Ərəbistanı arasında görüşün yaxın vaxtlarda Bağdadın ev sahibliyi ilə keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Paris səfəri çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşən Sudani İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığını açıqlamışdı.