İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
Parlamentarilər İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiya ilə sazişin dayandırılması və xarici ölkələrin qoşunlarının ölkədən çıxmasına səs verib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.
ABŞ-ın bu əməliyyatı İraqda etirazla qarşılanıb və ABŞ qoşunlarının ölkədən çıxarılması gündəmə gəlib.