İraq parlamenti baş nazirin istefasını qəbul edib

İraq parlamenti baş nazirin istefasını qəbul edib

Bazar günü səsvermədən sonra baş nazirin özü də daxil olmaqla, Əbdül Mehdi hökuməti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq rəhbərlik funksiyasını yerinə yetirəcək.

Rasthaber Azərbaycan xəbər verir ki, İraq parlamenti ölkədə həftələrdir hökumət əleyhinə zorakılıqlarla müşayiət olunan nümayişlərin davam etdiyi vaxt bazar günü baş nazir Adil Əbdül Mehdinin istefasını qəbul edib.

Baş nazir cümə günü istefa qərarını İraqın ali şiə müsəlman din xadimi Ayətullah Əli Əl-Sistaninin parlamenti zorakılıqların qarşısını almaq üçün tövsiyələr verdikdən sonra verib.

“İraq parlamenti prezidentdən yeni baş nazirin namizədliyini irəli sürməsini istəyəcək”, parlamentin media ofisinin açıqladığı bəyanatda bildirilir.

Qanunvericilər bildirib ki, bazar günü səsvermədən sonra baş nazirin özü də daxil olmaqla, Əbdül Mehdi hökuməti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq rəhbərlik funksiyasını yerinə yetirəcək.

Hökümət əleyhinə etirazların oktyabrın 1-də başlamasından bəri İraq qüvvələri tərəfindən azı 400 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Toqquşmalar zamanı təhlükəsizik qüvvələrinin də ondan çox üzvü ölüb.

Xəbəri paylaş

VİDEOLAR