İraq ordusunun iki zabiti İŞİD terrorçularının hücumu nəticəsində həlak oldular

İraq ordusunun iki zabiti İŞİD terrorçularının hücumu nəticəsində həlak oldular

Bu haqda İraq ordusundan məlumat verilib.

Rasthaber Azərbaycan “Al Sumaria”-ya istinadən xəbər verir ki, İŞİD terrorçularının İraqda qurduğu pusqu nəticəsində 2 iraqlı zabit həyatını itirib, daha 2 hərbçi isə yaralanıb.

Bu haqda İraq ordusundan məlumat verilib.

Axşam saatlarında Ənbar əyalətində baş vermiş terror hücumu zamanı İraq ordusunun 7-ci piyada diviziyasının 29-cu briqadasının komandiri və onu müşayiət edən zabit həlak olub.

İnsident daha öncə terrorçuların göründüyü Hit şəhərinin yaxınlığındakı ərazinin təftişi zamanı baş verib.

Xəbəri paylaş

VİDEOLAR