İraq ordusunu Türk sərhədlərinə yığıb

İraq ordusunu Türk sərhədlərinə yığıb

İraq qüvvələrinin sayı barədə açıqlama verilməyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Türkiyənin quru və hava hücumları və artilleriya atəşi ilə eyni zamanda İraq mənbələri, quru qoşunlarının ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşdirildiyini bildirib.
İraq mənbələri bu hərəkətdə məqsədin türk qüvvələrinin İraq ərazisinə girməsinin qarşısını almaq olduğunu bildirirlər. Xəbərdə İraq qüvvələrinin  sayı barədə açıqlama verilməyib.
Türk qırıcıları dünən (cümə) İraqın şimalındakı Dehuk əyalətindəki iki dağlıq bölgəni bombalayıb, xəsarətlər və insan tələfatı barədə məlumat yayılmayıb.
Məlumatlara görə Türk qüvvələri indiyədək İraqın şimalındakı dağlarda 24 hərbi baza yaradıblar.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf dünən yenidən Bağdad hökuməti ilə razılaşdırılmadan birtərəfli olaraq Türkiyənin İraqın şimalındakı əməliyyatlara son qoyulmasını tələb edib.

Xəbəri paylaş

VİDEOLAR