İraq ordusu Mosulun dağlıq bölgələrində terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən əməliyyatda 27 terrorçunun öldürüldüyünü bəyan edib.
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Silahlı Qüvvələrin sözçüsü briqadir Yəhya Rəsul yazılı açıqlamasında orduya bağlı terrorla mübarizə qruplarının ölkənin şimalında Mosulun Mahmur dağları bölgəsində 14 gün davam edən əməliyyat həyata keçirdiyini bildirib.
Əməliyyatda müəyyən edildiyinə görə, 27 terrorçunun öldürüldüyünü ifadə edən Rəsul dağlıq və qayalıq bölgədə hava hücumları nəticəsində çökük altında qalan terrorçuların meyidlərinin tapılmadığı üçün dəqiq ölü sayının hələ bilinmədiyini əlavə edib.
Rəsul antiterror qruplarının İŞİD Əleyhinə Beynəlxlaq Koalisiya ilə Qarşı Beynəlxalq Koalisiya ilə İraq ordusunun helikopterləri və döyüş təyyarələri tərəfindən havadan dəstəkləndiyini bildirib.