İraq ordusundan İŞİD-ə ağır zərbə: Gizlənən terrorçular məhv edildi

İraq ordusundan İŞİD-ə ağır zərbə: Gizlənən terrorçular məhv edildi

Qayara və Şora rayonlarının ətrafındakı gizlənən azı 13 İŞİD-çi məhv edilib.

 Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri ölkənin şimalında İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat keçiriblər.

Neynəva əyalətinin Qayara və Şora rayonlarının ətrafındakı gizlənən azı 13 İŞİD-çi məhv edilib.

İraq ordusunun rəsmisi İsmayıl Məhləvi bildirib ki, həmçinin 23 terrorçu da əsir götürülüb.

Onun sözlərinə görə, qarşıdan gələn günlərdə də oxşar əməliyyatlar keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR