İraq Ordusu Peşmərgə qüvvələri ilə əməkdaşlıq edəcək

İraq Ordusu Peşmərgə qüvvələri ilə əməkdaşlıq edəcək

İraq Müdafiə Nazirliyinin nümayəndə heyəti tezliklə Ərbilə səfər edəcək.

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq ordusunun qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah bildirib ki, İraq qüvvələrinin Kürdüstan muxtariyyətinin Peşmərgə qüvvələri ilə əməkdaşlığı mübahisəli Kərkük əyalətindəki sabitliyi bərpa edəcək.

O qeyd edib ki, bu məsələ Peşmərgə rəsmiləri ilə bu yaxınlarda keçirilən görüşdə müzakirə edilib. O əlavə edib ki, birgə hərbi əməliyyatların keçirilməsi regionda sabitliyin bərpasına kömək edəcək.

Xatırladaq ki, İraq və Kürdüstan muxtariyyətinin müdafiə nazirlikləri bu yaxınlarda görüş keçirib. Görüş Bağdad və Ərbil arasındakı mübahisəli ərazilərdə təhlükəsizliyə həsr edilib. İŞİD terror təşkilatının yenidən törəməsinin qarşısının alınması üçün birgə fəaliyyətə dair razılıq əldə edilib.

Peşmərgə rəsmisi bildirib ki, İraq Müdafiə Nazirliyinin nümayəndə heyəti tezliklə Ərbilə səfər edəcək.

Xəbəri paylaş

VİDEOLAR