İraq Ordusu Kərkükdə İŞİD-ə qarşı əməliyyata başlayıb

İraq Ordusu Kərkükdə İŞİD-ə qarşı əməliyyata başlayıb

İraq ordusu Kərkük hücumundan sonra İŞİD-in 4 sığınacağını məhv edib.

Az.rasthaber.com xəbər verir ki, bu gün, bazar ertəsi, İraqın təhlükəsizlik mənbələri Hava Qüvvələrinin Kərkük əyalətinin şimalında İŞİD-in 4 sığınacağını məhv etməyə müvəffəq olduğunu açıqlayıb.

Ordunun hava və kəşfiyyat qüvvələri, Federal Polis qüvvələri ilə birgə əməliyyata start veriblər.

Məlumatlara əsasən, İraq Hərbi Hava Qüvvələri Zgitun vadisində terror sığınacaqlarını məhv etməyə kökləniblər.

Bu əməliyyat Kərkükdə İŞİD-in ani hücumu və dörd hərbçinin ölümündən sonra həyata keçirilir.

İŞİD 2017-ci ilin sonunda nəzarətində olan bütün əraziləri itirib və gizli sığınacaqlara çəkilib.

Xəbəri paylaş

VİDEOLAR