İraq müqavimətindən sionist rejimin elektrik obyektlərinə hücum

İraq müqavimətindən sionist rejimin elektrik obyektlərinə hücum

İraq İslami Müqaviməti sionist rejimin Təl-Əvivdəki elektrik stansiyasına pilotsuz təyyarə ilə hücum edib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin Qəzza zolağında törətdiyi qətliamlara cavab olaraq İraq İslami Müqaviməti bu gün səhər saatlarında sionist rejimin Təl-Əvivdəki elektrik stansiyasını pilotsuz təyyarə ilə hədəfə aldığını elan edib.

Bəyanatda düşmən mövqelərini vurmaq məqsədi daşıyan bu hücumların davam etdiyi, bu əməliyyatın işğala qarşı müqavimət və Qəzzə xalqına dəstək əməliyyatının ikinci mərhələsini tamamlamaq və cinayətlərə reaksiya olaraq həyata keçirildiyi vurğulanıb.

Həmçinin bildirilib ki, bu hücumlar sionistlərin müdafiəsiz fələstinli mülki əhalini qətlə yetirməsi dayandırılana qədər davam edəcək.

Dünən İraq İslami Müqaviməti sionist rejimin Təl-Əviv yaxınlığındakı ən böyük hava limanı olan Ben Quriona pilotsuz təyyarə ilə hücum edib.

İraq İslami Müqaviməti Fələstin müqavimətini dəstəkləmək və ABŞ-ın Qəzzada sionist rejimin cinayətlərinə dəstəyini pisləmək üçün dəfələrlə İraq və Suriyadakı ABŞ hərbi bazalarına, eləcə də işğal olunmuş ərazilərdəki hədəflərə PUA və raketlərlə hücum edib.

Xəbəri paylaş

VİDEOLAR