İraq Müqaviməti İsrail bazasını hədəfə aldı

İraq Müqaviməti İsrail bazasını hədəfə aldı

İraq İslami Müqaviməti sionist rejimin hava bazasını hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti öz bəyanatında bu açıqlamaları verib:

“Mücahidlərimiz çərşənbə axşamı gecə PUA ilə işğal olunmuş Fələstinin cənubunda yerləşən sionist rejimin Ovda hava bazasını hədəfə alıblar.".

Qeyd edək ki, İraq İslami Müqaviməti əvvəlki hücumlarında işğal olunmuş ərazilərə xəbərdarlıq etmişdi ki, sionist rejim Qəzzə zolağında hücumlarını davam etdirsə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını gücləndirəcək.

İraq İslami Müqaviməti Fələstinə dəstək və ABŞ-ın sionist rejimə dəstəyinə cavab olaraq, ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarını, eləcə də işğal olunmuş ərazilərdəki hədəfləri dəfələrlə PUA və raketlərlə hədəfə alıb.

Oktyabrın 7-də başlayan Əl-Əqsa tufanı əməliyyatından sonra sionist rejim ordusunun Qəzza zolağına vəhşi və dağıdıcı hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 30 mindən çox fələstinli şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR