İraq Müqaviməti işğal altındakı Eylat limanını hədəf aldığını elan edib

İraq Müqaviməti işğal altındakı Eylat limanını hədəf aldığını elan edib

İraq İslami Müqavimət Qrupu işğal altındakı Fələstinin cənubundakı Eylat limanına hücum edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqavimət Qrupu verdiyi açıqlamada bu açıqlamaları verib: 'Qəzzada Fələstin xalqına dəstək olmaq üçün Fələstinin cənubundakı Ümmü'l Rəşraş (işğal edilmiş Eylat) limanını hədəf aldıq.

Sözügedən qrup bu əməliyyatda hansı silahın istifadə edildiyini açıqlamasa da, bunu müvafiq silahlarla etdiyini bildirib.

İraq İslami Müqaviməti bundan əvvəl də işğal altındakı Fələstindəki hədəflərə qarşı hərbi əməliyyatlar həyata keçirib. Lakin Qəzzada məzlum Fələstin xalqı ilə həmrəylik məqsədilə həyata keçirilən hücumların və cavab əməliyyatlarının əksəriyyəti ABŞ-ın Suriya və İraqdakı hədəflərinə yönəldilib.

Xatırladaq ki, sionist rejim təxminən 80 gündür Qəzzanı intensiv şəkildə bombalayır və işğalçı sionist rejimin bu vəhşi və amansız hücumlarında əksəriyyəti uşaq və qadın olmaqla 20 mindən çox insan şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR