İraq İslami Müqaviməti sionist rejimin işğal altındakı Eylat bölgəsində mühüm hədəfə PUA ilə hücum təşkil etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti tərəfindən verilən açıqlamada bu ifadələr yer alıb:
"İşğala qarşı mövqeyimizin davamı olaraq, Fələstin və Livan xalqına kömək olaraq, amansız rejimin qadın, uşaq və qocaları qətlə yetirməsinə cavab olaraq, İraq İslam Müqaviməti döyüşçüləri bu gün səhər saatlarında işğal altındakı Eylatda Əl-Reşraş bölgəsində hərbi hədəfə PUA ilə hücum həyata keçirib."
Bəyanatda İraq İslami Müqavimətinin daha da güclənərək düşmənlərinə qarşı əməliyyatlarını davam etdirəcəyi və qalalarını məhv etməyə davam edəcəyi vurğulanıb.
İraq İslami Müqaviməti son günlər işğal altındakı bölgələrdəki mühüm hədəflərə İHA-larla hücumları davam etdirir.