Müqavimət qrupları amerikalı hərbçilərin İraqdan çıxmaları haqdakı qərarın tez bir zamanda icrası barədə hökumət və siyasi cərəyanlar üçün möhlət veriblər
Rasthaber İran mediasına istinadən xəbərinə görə, İraq parlamentində "Sadiqiyyun" fraksiyasının nümayəndəsi Əhməd Əlkənani dünən bildirib ki, əksər siyasi partiyalar amerikalı hərbçilərin İraqdan çıxmalarına səs veriblər və bu ölkənin baş naziri Mustafa Əlkaziminin hökuməti də amerikalı hərbçilərin tez bir zamanda çıxmaları üçün səy göstərməlidir.
"Haşdi Şabi" qruplarından olan Əl Nücəba hərəkatının baş katib müavini Nasir Əl Şoməri isə deyib: "Amerika İraqda parametrləri dəyişdirməyə qadir deyil və Amerika üçün İraqdan çıxmaq və ya orada qalaraq, öz qüvvələri üçün daha çox tələfata dözməkdən savayı bir seçim yoxdur."
Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qaseim Süleymani və İraqda "Haşdi Şabi"nin sədr müavini Əbu Məhdi Əlmuhəndisin Bağdad hava limanında Amerika tərəfindən terror edilmələrinin ardınca İraq parlamentinin üzvləri yanvarın beşində amerikalı hərbçilərin İraqdan çıxmaları haqda layihə qəbul etdilər.