İraqlı müqavimət qrupları birlikdə bəyanat yayıblar.
Rasthaber Azərbaycan xəbər verir ki, İraqlı müqavimət qrupları bəyanatda ABŞ-ın İraqda Kataib Hizbullahı hədəf alması pislənib və cavab veriləcəyi bildirilib.
İraq Müqavimət Koordinasiya Komitəsinin dünən gecə yaydığı bəyanatda “ABŞ-ın bu tip addımları son olmayacaq və davam edəcək, ancaq bunun ABŞ-a ağır başa gələcəyinə şübhə yoxdur. İraq hökümətinin işğalçı güclərinin və ya İraqı öz torpaqlarından işğal edən ölkələrin addımları haqqındakı mövqeyini dəqiqləşdirməsi üçün çox az fürsəti qalmışdır.”, -deyə qeyd edilib.
İraq müqavimət qrupları həmçinin İraq hökümətini Haşdi Şabi güclərinə qarşı həyata keçirilən hücumda işğalçılarla əməkdaşlıq edən şəxs və rəsmilər haqqında tam, açıq və yetərli məlumat və açıqlama təqdim etməyə çağırıblar.
ABŞ-ın cinayətlərinə uyğun bir reaksiya vurğulayan müqavimət qrupları,bu addımların davam etməsinin hər kəsi qorxulu nəticələri olan bir vəziyyətə gətirməsilə bağlı xəbərdarlıq da edib.
ABŞ Müdafiə nazirliyi cümə axşamı, ABŞ Ordusunun Baydenin əmrilə Suriyanın qərbində müqavimət qruplarına aid mövqeləri bombaladığını açıqlayıb.
Müqavimət qruplarına bağlı “Sabirun” kanalı bir ABŞ qırıcısının Suriya-İraq sərhədində Bukemal ilə əl-Qaim arasındakı müqavimət mövqelərini hədəf aldığını, bir nəfəri öldürdüyünü və dörd kişini də yaraladığını xəbər verib.