“Əl-Həşd əş-Şabi”nin başçısının müavini Əbu Məhdi əl-Mühəndisin ölümünü araşdıran Bağdad məhkəməsi ABŞ prezidenti Donald Trampın həbsinə order verib.
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, Qurumun mətbuat xidmətinin yaydığı məlumata əsasən, işin materiallarına Tarmpın şəxsən hücumun təşkil edilməsinə dair sərəncam verməsi barədə bəyanatı əks etdirən video da əlavə olunub.
Qeyd edək ki, ötən ilin iyununda İran hökuməti Trampın həbsinə dair tələblə çıxış etmişdir. Lakin İnterpol rəsmi Tehranın müraciətinə rədd cavabı vermişdi.
Xatırladaq ki, iranlı general Qasim Süleymani, Mühəndis və bir neçə zabit ötən il yanvarın 3-də ABŞ-ın raket zərbəsi nəticəsində öldürülmüşdülər.