İraq Küveytlə sərhəddə partlayış xəbərinə münasibət bildirdi

İraq Küveytlə sərhəddə partlayış xəbərinə münasibət bildirdi

Təhsin əl-Həfaci bu haqda açıqlama verib

Rasthaber Azərbaycan sumaria-ya istinadən xəbər verir ki, İraq ordusu İraq-Küveyt sərhədində yerləşən nəzarət keçid məntəqəsinin (NKM) yaxınlığında partlayışın baş verməsinə dair məlumatı təkzib edib.

“(İraq) Birgə Əməliyyatlar Komandanlığı bu məlumatın mötəbər olmadığını təsdiq edir”, – deyə komandanlığın rəsmisi Təhsin əl-Həfaci bildirib.

Xatırladaq ki, daha öncə KİV-lər məlumat yaymışdı ki, İraq-Küveyt sərhədi rayonunda ABŞ hərbi karvanına hücum zamanı partlayış baş verib.

Xəbəri paylaş

VİDEOLAR