İraq kəşfiyyatı 100 tarixi ekspanatın ölkədən çıxarılmasının qarşısını alıb

İraq kəşfiyyatı 100 tarixi ekspanatın ölkədən çıxarılmasının qarşısını alıb

İraq təhlükəsizlik qurumları 100 artefaktın qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi cəhdinin qarşısını almağa müvəffəq olub və cinayətdə iştirak edənləri həbs edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Milli Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, Milli Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən əməliyyatda ələ keçirilən tarixi əşyaların Abbasilər dövrünə aid olduğunu bəlli olub.

Agentlik bununla bağlı açıqlama yayaraq, əməliyyatda 5 şübhəlinin həbs edildiyini bildirib.

Qeyd edək ki, İraq xarici işlər naziri Fuad Hüseynin bu ayın əvvəlində açıqlamasına əsasən ölkənin təhlükəsizlik, tarixi və mədəni sahədə fəaliyyət göstərən qurumları 18 minə yaxın artefaktı geri qaytara bilib. Bu tarixi ekspanatların böyük əksəriyyəti 2003-cü ildə ölkənin ABŞ tərəfindən işğalından sonra qaçırılıb.

Xəbəri paylaş

VİDEOLAR