İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiya qüvvələrinin ölkədəki missiyasını başa vurmağa çalışdığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, rəsmi təmaslar üçün İraqa səfər edən İspaniyanın baş naziri Pedro Sançez paytaxt Bağdadda İraqın baş naziri Sudani ilə görüşüb.
Sputnik-in məlumatına görə, Sudani ikitərəfli görüşdən sonra keçirilən ortaq mətbuat konfransında bildirib ki, İraqda ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiya qüvvələri bu ölkədəki missiyasını başa çatdırmağa çalışır.
İraq qüvvələrinin hazırda yaxşı vəziyyətdə olduğunu bildirən Sudani, təhlükəsizlik qüvvələrinə təlim, məsləhət və kəşfiyyat dəstəyi verən koalisiya qüvvələri ilə yeni bir dövrə keçmək istədiklərini bildirib.
Sudani İŞİD-lə mübarizədə koalisiya qüvvələrinin mühüm bir hissəsi olan İspaniyanın İraqa verdiyi dəstəyi unutmadıqlarını bildirib.
Son günlər İraqda koalisiya qüvvələrinə qarşı hücumlara işarə edən Sudani, hökumətin bu hücumlara reaksiyasının aydın olduğunu və bu cür hücumların İraqın sabitliyi və təhlükəsizliyini hədəf aldığını bildirib.