İraq İslam Müqaviməti ABŞ-a xəbərdarlıq etdi

İraq İslam Müqaviməti ABŞ-a xəbərdarlıq etdi

Cinayətkar İsrail və ya ABŞ İrana hücum etmək üçün İraqın hava məkanından istifadə edərsə, “İslam Müqaviməti” Hərəkatı bu ölkədəki Amerika hərbi bazalarını vuracaq.

Az.rasthaber.com "Teleqraf"a istinadən xəbər verir ki, bunu İraq “Hizbullah Ən-Nücəba” hərəkatının lideri Əli əl-Əsədi deyib.

“Amerikalılara İraqın hava məkanından istifadə etməsinə icazə verildiyi sübut olunsa, ABŞ bazalarına zərbələrlə cavab verəcəyik”, - hərəkat lideri bildirib.

Əsədi əlavə edib ki, bu durumda cavab İraq “İslam Müqaviməti”nin bütün birləşmələrindən gələcək.

Hərəkat lideri həmçinin işğalçı İsrailin İrana qarşı son hücumu zamanı İraqın hava məkanından istifadə edildiyinə dair iddiaların həqiqətə uyğun olmadığını söyləyib. O bildirib ki, İsrail Suriya, İordaniya və Səudiyyə Ərəbistanının hava məkanlarından istifadə edib.

Xəbəri paylaş

VİDEOLAR