İraqın paytaxtı Bağdadda keçiriləcək İnkişaf Yolu Konfransına dəvət olunan ölkələr açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, bildirilib ki, mayın 27-də Bağdadda keçiriləcək birgünlük İnkişaf Yolu Konfransına İran və Türkiyə ilə yanaşı Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Oman da dəvət olunub.
İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, bu konfrans paytaxt Bağdadın təhlükəsiz Yaşıl Bölgəsindəki Hökumət Sarayında keçiriləcək.