İraq höküməti ABŞ-ın Haşdi Şabiyə hava hücumunu pisləyib

İraq höküməti ABŞ-ın Haşdi Şabiyə hava hücumunu pisləyib

Bu barədə İraq Baş nazirinin mətbuat katibi Yəhya Rəsul bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki,  İraq hökuməti ABŞ-ın Suriya ilə sərhəddə “Haşdi Şabi”-yə hücumunu qəti şəkildə pisləyir.

Rəsmi Bağdad Vaşinqtonun bu hərəkətini İraq suverenliyinin pozulması kimi qiymətləndirir.

Bu barədə İraq Baş nazirinin mətbuat katibi Yəhya Rəsul bildirib.

“Bütün beynəlxalq sazişlərə müvafiq olaraq, bu addım qeyri-məqbuldur və İraq suverenliyi və milli təhlükəsizliyinin açıq-aşkar pozulmasıdır”, – deyə qeyd edilib.

Bildirilib ki, İraq hökuməti oxşar pozuntuların təkrarlanmasının qarşısının alınması üçün bütün zəruri tədbirləri görmək niyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR