İraq Hizbullahı İraq hökümətinin yeni baş naziri Mustafa Əl-Kazimi ilə görüşdüyünü bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Hizbullahı İraq hökümətinin yeni baş naziri Mustafa Əl-Kazimi ilə Süleymani və Əbu Mehdi Mühəndis sui-qəsdilə bağlı görüş keçirdiyini bildirib.
“General şəhid Süleymani, Əbu Mehdi Mühəndis və onlarla birlikdə olanlara qarşı həyata keçirilən sui-qəsd qarşısında səssiz qalınmayacaq bir cinayətdir. Bu cinayətin müxtəlif istiqamətdə araşdırılması olayın günahkarlarının istintaqa cəlb edilməsi tələbi geri qaytarıla bilməz. Bu cinayət və bu cinayətə şərik olanlar haqqında əlimizdə sənədlər olduğunu bildirdik. Bu cinayətin nəticəsinin məsuliyyəti ABŞ-ın üzərindədir. Hökümətin qurulması üçün təyin olunan Kəşfiyyat rəhbəri Mustafa Əl-Kazimi, bu cinayət qarşısındakı mövqeyini açıqlamaq üçün bizimlə görüşmək istədi.”, -deyə İraq Hizbullahının açıqlamasında qeyd olunur.
İraq Hizbullahı görüşdən sonra bu cinayətin təfərrüatlarının araşdırılması üçün bir komitənin qurulması ilə bağlı Əl-Kazimi ilə razılığa gəlindiyini bildirib.