İraq Hizbullahı İŞİD-in fəallaşmasının səbəbini açıqladı

İraq Hizbullahı İŞİD-in fəallaşmasının səbəbini açıqladı

İraqın Hizbullah briqadalarının sözçüsü Məhəmməd Muhyi İŞİD-in İraqda fəallaşmasının səbəbini açıqlayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraqın Hizbullah briqadalarının sözçüsü Məhəmməd Muhyi İraqın müxtəlif bölgələrində İŞİD terrorçularının yenidən fəallaşmasının ABŞ-Səudiyyə rejiminin layihələri çərçivəsində reallaşdıdığını bildirib.

İRNA-ya açıqlama verən Məhəmməd Muhyi, ABŞ və Səudiyyə rejiminin öz siyasi tələblərini İraqa diqtə etmək məqsədilə son dövrdə İŞİD terrorçularını hərəkətə keçirdiyini qeyd edib.

Muhyinin sözlərinə görə, bu proseslər özbaşına olmur, bəzi regional və beynəlxalq kəşfiyyat təşkilatları sözügedən terrorçulara dəstək verirlər.

İŞİD-in yenidən güclənməsində səudiyyəlilərin rolunun böyük olduğunu bildirən Hizbullah briqadalarının sözçüsü İŞİD-in fəallığının son dövrdə İraqın bəzi şəhərlərində etiraz nümayişlərini yönləndirərək dağıdıcı cəhdlər edən bəzi dəstələrin təşəbbüsləri ilə əlaqəli olduğunu vurğulayıb.

İraq Hizbullahının təmsilçisi həmçinin ABŞ-ın İraqa yeni siyasi şərtlərini tətbiq edərək, ölkəni öz nəzarəti altına saxlamaq istədiyini, bu məzmunda Həşduş-Şəbi qüvvələrini aradan qaldırmağı hədəf seçdiyini bildirib.

Muhyi İŞİD terrorçularının İraqın təhlükəsizlik qüvvələri və Həşduş-Şəbinin meydanda güclü olması səbəbi ilə artıq İraqda heç bir nöqtəni işğal edə bilmədiyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR