İraq Hizbullahı: ABŞ-a hücumumuz dəhşətli olacaq

İraq Hizbullahı: ABŞ-a hücumumuz dəhşətli olacaq

İraq Hizbullahı ABŞ-ın İraqı tərk etməyəcəyi təqdirdə sərt hücumlar olacağını bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, İraq Kətaib Hizbullah Briqadası ABŞ-ın İraqı tərk etməyəcəyi təqdirdə sərt hücumlar olacağını bildirib.
İraq Hizbullah Briqadasının sözcüsü Məhəmməd Muhi "ABŞ ordusu İraqdan dərhal çıxmalıdırlar. Əks təqdirdə, bu dəfə hücum çox şiddətli olacaq. İraq xalqı ABŞ-ın İraqdakı varlığını qəbul etmir. ABŞ-ın hücumları əvvəldən planlanmışdı. ABŞ-ın varlığı İraqa xidmət və təlim üçün deyil, İsrailin düşmən və öncədən hazırlanmış hədəflərinə çatmaq üçün bir plandır.", -deyə bildirib.

Hizbullah sözcüsü açıqlamasının davamında "ABŞ gücləri, keçdiyimiz günlərdə İraq-Suriya sərhədində  Haşdi Şabi sərhəd mühafizə xidmətini hədəfə aldı və bu hücum nəticəsində şəhid və yaralılar oldu.", -deyərək bu hücuma cavab veriləcəyini deyib.

Xəbəri paylaş

VİDEOLAR