Haşdi Şabinin tanınan komandirlərindən olan Asif Həsən Kərim İraqın Babil şəhərində avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində şəhid olub
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın Haşdi Şabi könüllü birliklərinin tanınmış komandirlərindən olan Asif Həsən Kərim İraqın Babil şəhərində avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində şəhid olub.
Babil Polis İdarəsindəki mənbəyə görə, Haşdi Şabi əl-Cəzirə Əməliyyatları komandiri Asif Həsən Kərim Babil vilayətinin Ceref an-Nasr rayonunda avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində hadisə yerində həyatını itirib.
Kərimi müşayiət edən iki nəfər yaralanıb.
Adının çəkilməsini istəməyən mənbə hadisənin baş verdiyi əl-Uveysat bölgəsinin tamamilə Haşdi Şabinin nəzarətində olduğuna diqqət çəkib.
Hadisənin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.