Koronavirus infeksiyasının yayılmasını nəzərə alaraq İraq bu il "Ərbəin" mərasimində iştirak üçün xarici zəvvar qəbul etməyəcək.
Rasthaber Azərbaycan "Səhər Azəri"yə istinadən bildirir ki, bu barədə İraqın Səhiyyə və Sağlamlıq Ali Komitəsi məlumat yayıb.
Məlumata görə, İraqın Səhiyyə və Sağlamlıq Ali Komitəsi koronavirus pandemiyası ilə mübarizə istiqamətində yeni qərarlar qəbul edib.
Komitənin bəyanatında deyilir: Komitənin son iclasında "Ərbəin" mərasimnidə iştirak üçün heç bir ölkədən xarici zəvvarın qəbul edilməməsi barədə qərar qəbul olunub.
Bəyanatda həmçinin bildirilir ki, məscidlər, parklar və əyləncə mərkəzlərinin fəaliyyətinə sosial məsafənin və gigiyena qaydalarının riayət edilməsi şərti ilə icazə verilir.
İraqın Sərhəd Gömrük Məntəqələrinə Nəzarət İdarəsi də koronavirus pandemiyası ilə əlaqədar gömrük məntəqələrinin xarici zəvvarların üzünə bağlı qalacağını bildirib.