Mustafa əl-Kazıminin ABŞ prezidenti Co Baydenlə görüşün astanasında bildirməsi diqqət çəkib
Rasthaber Azərbaycan xəbər verir ki, İraq İŞİD terrorçuları ilə mübarizədə xarici qoşunların mövcudiyyətinə daha ehtiyac duymur.
Bu barədə İraq Baş naziri Mustafa əl-Kazımi ABŞ prezidenti Co Baydenlə görüşün astanasında bildirib.
Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Koalisiyanın dəstəyi olmadan da ölkəni qorumaq iqtidarındadır.
“Xarici qoşunların İraqdan çıxarılması qrafiki İraq qüvvələrinin İŞİD terrorçuları əleyhinə müstəqil əməliyyat keçirmək imkanlarından asılı olaraq müəyyən ediləcək. İraq təhlükəsizlik qüvvələrinin İŞİD-lə mübarizəyə hazırlıq üçün konkret zaman çərçivəsinə ehtiyacı var və bu, Vaşinqtondakı danışıqların yekunu əsasında müəyyənləşəcək”, – deyə o, qeyd edib.