İraq baş naziri İordaniyaya səfər edib

İraq baş naziri İordaniyaya səfər edib

İraq Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İraq Baş naziri Mustafa әl-Kazımi İraq, İordaniya vә Misir arasında baş tutacaq üçtәrәfli zirvә görüşünә qatılmaq üçün İordaniyanın paytaxtı Әmmana  sәfәr edib.

Bu barәdә İraq Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Kazıminin sәfәri çәrçivәsindә İordaniya Kralı II Abdullah vә Misir prezidenti Abdulfәttah әs-Sisi ilә görüşәcәyi bildirilib.

Zirvә görüşündә üç ölkә arasındakı iqtisadi әmәkdaşlıq, ticarәt,  investisiya vә regional mövzuların müzakirә edilәcәyi vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR