İraq: ABŞ-ın ölkəmizdə bu cür əməliyyatlara icazəsi yoxdur

İraq: ABŞ-ın ölkəmizdə  bu cür əməliyyatlara icazəsi yoxdur

"ABŞ ordusunun rolu iraqlı hərbçilərin təlimi və koalisiyanın tərkibində İŞİD-lə mübarizə ilə məhduddur"

Rasthaber Azərbaycan "Sputnik"ə istinadən xəbər verir ki,bu sözləri İraqın keçid hökumətinin başçısı Adil Əbdül-Mehdi bildirib.

İraqın keçid hökumətinin başçısı Adil Əbdül-Mehdi Amerikanın Bağdada aviazərbələr endirməsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının komandiri Qasım Süleymaninin həlak olmasını pisləyərək bunun bölgədə Amerika əsgərlərinin mövcudluğu şərtlərini pozduğunu qeyd edib.

Aviazərbə nəticəsində Q.Süleymani ilə yanaşı şiə qruplaşmasının komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi və daha 10 nəfər ölüb. Bu barədə məlumatı İranın İraqdakı səfiri İrac Məscidi verib. 

 

"Amerika hökumətinin Süleymani və Mühəndisinin məhvi üçün addımlarını kəskin qınayırıq... İraqdan və digər qardaş ölkələrdən olan komandirlərin bu cür qətlə yetirməsi İraqın suverenliyinin kobud şəkildə pozulmasıdır", - əl-Mehdinin bəyanatında deyilir.

 

O bildirib ki, ABŞ-ın bu cür fəaliyyəti "regionda dağıdıcı müharibənin qızışdırılmasına yönəlib". Hadisə ilə bağlı mövqeyin müəyyənləşdirilməsi üçün İraqın Baş naziri hökumətin növbədənkənar iclasını çağırıb.

 

"Bu, Amerika silahlı qüvvələrinin İraqdakı mövcudluğunun kobud surətdə pozulmasıdır: onların rolu iraqlı hərbçilərin təlimi və koalisiyanın tərkibində İŞİD-lə mübarizə ilə məhduddur", - əl-Mehdi deyib.

Xəbəri paylaş

VİDEOLAR