İraq ABŞ-ın İŞİD-ə dəstək verməsilə bağlı faktlar əldə edib

İraq ABŞ-ın İŞİD-ə dəstək verməsilə bağlı faktlar əldə edib

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Amerikanın İŞİD terrorçuları İraqa köçürməsi barədə fakt və sənədlərin mövcud olduğunu açıqlayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü  Bədr Əl Ziyadi bu gün "Əl Ihd" telekanalı  ilə müsahibədə bu barədə danışıb.

O bildirib ki, əldə olunmuş çox sayda video faktlar göstərir ki, ABŞ təyyarələri İŞİD terrorçularını İraq ərazisinə daxil edərək, onları bu ölkənin müxtəlif bölgələrinə köçürüb.

"Bu videolar əlimizə çatarkən onları parlamentin təhlükəsizlik və müdafiə komissiyasında araşdırdıq və sənədlə təhlükəsizlik rəislərindən istədik ki, bu məsələ ilə ciddi davransınlar.", -deyə Bədr Əl Ziyadi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR