Tehran əhalisi cümə günü (22 noyabr) səhər saatlarında Birləşmiş Millətlər Təşkilatının Tehrandakı nümayəndəliyi qarşısında toplanaraq sionist rejimin Qəzzədə törətdiyi soyqırımı və son cinayətləri pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Tehrandan olan yüzlərlə insan bu cümə günü (22 noyabr) səhər saatlarında BMT-nin Tehrandakı nümayəndəliyi önünə gələrək, sionist rejimin Qəzzədə törətdiyi soyqırımı və son cinayətlərini pisləyib.
Bu aksiyada Tehran əhalisi BMT-nin sionist rejimin cinayətləri qarşısında susmasını tənqid edib, bu rejimin cinayətkar başçıları Netanyahu və Qalantın Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına işarə edərək “uşaqları öldürən sionistlər edam edilməlidir”, “sionist rejim qovulmalıdır” kimi şüarlar səsləndirib, insan haqlarına, beynəlxalq qanunlara, həmçinin sionist rejimin hərbi cinayətlər və soyqırım törətməsinə diqqət etməklə, bu rejimin BMT və digər beynəlxalq təşkilatlardan çıxarılmasını tələb edib.