İranlı turistlər yenə Azərbaycana üz tutub

İranlı turistlər yenə Azərbaycana üz tutub

Azərbaycanda yenidən İran turizm bazarı üzrə artım müşahidə olunur.

Azərbaycanda yenidən İran turizm bazarı üzrə artım müşahidə olunur.

Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı bildirib.

Zenqstşmitin sözlərinə görə,  İrandan Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb.

"Səudiyyə Ərəbistanı və Rusiyadan Azərbaycana səfər edən turistlərin sayında artım var.", -deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru əlavə edib.

Zenqstşmit hımçinin bildirib ki,  Azərbaycanın turizm bazarında Rusiya üzrə 8 faizlik artım müşahidə olunub: "Eyni zamanda, Gürcüstan, Türkmənistan bazarı üzrə də artım müşahidə olunur. Bu artımların nəyə əsaslandığını öyrənmək üçün təhlillər aparılıb. Araşdırmalarımızı Rusiya, Gürcüstan, Türkmənistan və Türkiyə bazarları üzrə aparmışıq. Digər bazar isə İrandır. Artıq İran bazarı üzrə də 2018-ci ilə nisbətən artım qeyd olunur. 2018-ci ildə bu bazarda itkilər çox idi".

Xəbəri paylaş

VİDEOLAR