İranlı tələbələr Ərəb Əmirliyinə etiraz etdi

İranlı tələbələr Ərəb Əmirliyinə etiraz etdi

Bir qrup iranlı tələbə Əbu-Dabinin sionist rejimlə əlaqələrinin adiləşməsinə etiraz olaraq, BƏƏ-nin Tehrandakı səfirliyi önündə aksiya keçirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən bildirir ki, əllərində plakatlar tutan iranlı tələbələr sionist rejimin regiondakı düşmənçilik siyasətlərini pisləyib, bu rejimin cinayətlərinə etiraz ediblər.

Aksiyaçılar Əbu-Dabinin Təl-Əvivlə sazişini şeytani bir saziş adlandırıblar.

İranlı tələbələr aksiyanın sonunda bəyanat qəbul ediblər.

“Bəzi yaramaz ərəb hökmranları elə biqeyrət və rəzil olublar ki, öz xəyanətlərini aşkar şəkildə və iftixarla mediaya çıxarır və minlərlə fələstinli uşağın və gəncin qanının hədər getməsindən belə çəkinmirlər.”, -deyə bəyanatın bir hissəsində deyilir.

Xəbəri paylaş

VİDEOLAR