İranlı müctehidlərdən Ayətullah Xameneini təhdid edənlər barədə FƏTVA

İranlı müctehidlərdən Ayətullah Xameneini təhdid edənlər barədə FƏTVA

İranın böyük şiə müctehidlərindən biri olan Ayətullah Nuri Həmədani İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneini hədələyənlər barədə fətva verib.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Nuri Həmədaninin verdiyi fətva belədir:

''Ali Dini Hakimiyyəti və Ayətullah Xameneini təhqir etmək İslam dininin təməl dəyərlərini təhqir etməyə bərabərdir.

Ali İnqilab Rəhbəri hazırda tam güc və cəsarətlə İslam ümmətinə rəhbərlik edir. Bütün düşmənlərin İslama, Qurani-Kərimə və Əhli-beytə (ə) qarşı birləşdiyi bir mühitdə Ayətullah Xameneiyə dəstək olmaq vacibdir. Onu zəif vəziyyətə salmaq haramdır.

İslam İnqilabının Rəhbərini və Ali Dini Hakimiyyəti təhdid edən və ya hücuma cəhd edən hər hansı bir şəxs və ya rejim müarib(hərbi kafir)dir. Bu cinayətə kömək edənlər də eyni şəkildə cəzalandırılacaqlar.''

 

Ayətullah Məkarim Şirazidən Fətva

İranda böyük şiə mərcei təqlidləeindən olan Ayətullah Məkarim Şirazi də İslam İnqilabının Rəhbəri Ayətullah Xameneini hədələyənlər üçün fitva verib.

Ayətullah Məkarim Şirazinin fitvası belədir:

''İslam ümmətinə və ölkənin suverenliyinə zərər vurmaq məqsədi ilə İslam İnqilabının Rəhbərini və Ali Dini Hakimiyyəti təhdid edən və ya (Allah qorusun) hücum edən hər bir şəxs və ya rejim müarib(hərbi kafir)dir. Müsəlmanların və ya İslam hökumətlərinin təhdid edənlərlə əməkdaşlıq etməsi və onların güclənməsinə töhfə verməsi qadağandır. Dünyadakı bütün müsəlmanlar üçün vacibdir ki, bu düşmənlər öz sözlərindən və səhvlərindən peşman olsunlar. Müsəlmanlar bu prosesdə hər hansı bir zərər görsələr, inşallah, onlara Allah yolunda cihadın mükafatı veriləcəkdir.''

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneini öldürməklə təhdid etmişdi.

Xəbəri paylaş

VİDEOLAR