İranlı generalın Suriyada öldürülmə xəbəri yalanlandı

İranlı generalın Suriyada öldürülmə xəbəri yalanlandı

İranın İnqilab Keşikçiləri Korpusunun komandirlərindən birinin öldürülməsilə bağlı ərəb mediası xəbərlər yaymışdı

Rasthaber Azərbaycan xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun Hava-Kosmik üzrə komandiri general Əmiralı Hacızadənin ölüm xəbəri rəsmi qurumlar tərəfindən təkzib edilib.
Bəzi ərəb mediaları iranlı generalın dünən İsrailin Suriyaya hücumu zamanı dünyasını dəyişməsilə bağlı məlumat yaymışdılar.
Suriya tərəfi isə İsrailin atdığı raketləri zərərsizləşdirdiyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR