İranlı generaldan Trampa: Qisasımızı alacağıq!

İranlı generaldan Trampa: Qisasımızı alacağıq!

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı ABŞ prezidenti Donald Trampın İranla bağlı yekəxana sözlərinə reaksiya verib

Rasthaber Azərbaycan İran mediasına istinadən bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı general-mayor Hüseyn Səlami şənbə günü Tehranda Sepah-ın Baş Qərargah və Mərkəzi Ofis işçilərinin önündə deyib: "General-leytenant Qasım Süleymaninin şəhid edilməsində birbaşa və ya dolayısı ilə əli olan bütün şəxslər İslam Respublikasının hədəi olacaqlar və bu ciddi bir mesajdır."

General-mayor Səlami həmçinin,Trampın "cavabımız min qat daha ağır olacaq" iddiasına reaksiya olaraq deyib: "Düşmən istənilən nöqtədə İran qüvvələrinin nəzarəti altındadır və lazım gələrsə hədəfə də çevrilə bilərlər."

Sepah-ın baş komandanı Trampa xitabən "Əgər bir iranlının belə saçına zərər gələrsə, Sepahın amansız cavabı ilə üzləşəcəksiniz və bu ciddi bir təhdiddir. İranlılar hər şeyi praktikada sübut edrlər. Əgər İran İslam İnqilabı olmasaydı, ABŞ dünyanı "udardı". İslam İnqilabı ABŞ-ı aşındırdı. Və bu günkü Amerika siyasi aktivlikdən uzaq düşmüş gücsüz və təsirsiz bir vasitə kimi mübarizə meydanında məğlub edilmiş tərəfdir. Bu gün ABŞ-ın dünyadakı payı azalmaqdadır. Və yeni qüdrətlər formalaşır. İslam sivilizasiya rolunu ifa etməklə yeni bir qüdrət kimi zahir olub", -deyə general vurğulayıb. 

Xəbəri paylaş

VİDEOLAR