“Hörmüz boğazı bizim üzümüzə bağlansa Fars Körfəzindən heç bir gəmi çıxa bilməyəcək.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Ordusunun Dəniz Qüvvələrinin komandanı Əlirza Təngisiri deyib.
O, bu gün Tehranda keçirilən festivalda çıxışı zamanı son zamanlarda Fars Körfəzi, Oman dənizi və və sair regional və beynəlxalq sularda ABŞ gəmiləri ilə yaranan gərginliklərə toxunub.
“Biz Hörmüz boğazını bağlamaq fikrində olmamışıq və indi də bu fikirdə deyilik. Amma boğazı bizim gəmilərimizin üzünə bağlasalar, heç bir gəmiyə Fars Körfəzindən çıxmağa icazə verməyəcəyik. Məcburi şəkildə daxil olduğumuz müharibədə (İran-İraq müharibəsi) bizim 530 gəmimizi vurdular, biz də qarşılıq verib, 130 gəmini vurduq. Bundan sonra ABŞ birbaşa müharibəyə daxil oldu. O zaman ABŞ-ın iki helikoteri və bir hərbi gəmisini vurduq”, deyə o bildirib.