İranlı general heç kimin bilmədiyi texnologiyalara sahib olduqlarını bildirib

İranlı general heç kimin bilmədiyi texnologiyalara sahib olduqlarını bildirib

İnqilab Keşikçiləri Ordusu komandanının müavini, briqada generalı Əli Fədavi, hərbi sahədə heç kimin bilmədiyi texnologiyalara sahib olduqlarını ifadə edərək, "İranın gizli silahları mümkün müharibə zamanı işə düşəcək", - deyə bildirib.

Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu komandanının müavini briqada generalı Əli Fədavi Tehranda keçirilən tədbirdəki çıxışında hərbi sahədə heç kimin bilmədiyi texnologiyalara sahib olduqlarını bildirib:

"Hərbi sahədə heç kimin bilmədiyi texnologiyalarımız var və biz onlardan istifadə etdikdə amerikalılar fərqinə varacaqlar".

İran İnqilab Keşikçiləri Ordusu Hava-Kosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə də bu yaxınlarda verdiyi açıqlamada İnqilab Mühafizəçiləri tərəfindən hazırlanmış hipersəs ballistik raketin tezliklə istifadəyə veriləcəyini bildirmişdi

Xəbəri paylaş

VİDEOLAR